Su ilə bağlı 9 vacib məqam

Yaşamaq üçün hər bir insanın suya ehtiyacı var. Bəs su haqqında nə qədər məlumatlıyıq və nələri bilmirik?

Metbuat.az su ilə bağlı vacib məqamları təqdim edir:

Hər kəs gündə 8 stəkan su içməlidir

Su içmək bədənimizin suya lazım olan tələbatını ödəməyin ən qısa yoludur. Ümumiyyətlə isə, gündəlik olaraq qadınların 8 stəkan, yəni 2 litr, kişilərin isə 3 litr və ya 12 stəkan maye qəbul etməsi (yalnız su yox) məsləhət görülür.

Su içmək bədənimizi toksinlərdən təmizləyir

Su bədəndəki toksinləri mütləq şəkildə təsirsiz hala gətirməsə də, məsələn, böyrəklər bəzi zərərli maddələri suyun köməyilə bədəndən atır. Lazımi qədər su içmədikdə böyrəklər öz funksiyasını yerinə yetirməkdə çətinlik çəkir və həmçinin bu, sonda maddələr mübadiləsinə də mənfi təsir edir.

Qablaşdırılmış sular dişdə çürüklərin yaranmasına səbəb olur

Qablaşdırılmış sular öz-özlüyündə diş çürüklərinə səbəb olmaz, lakin tərkibində kran sularına əlavə olunan flüor olmadığından dolayı yolla bu, problemin yaranmasına gətirib çıxarır, çünki flüor sümük və diş minası üçün çox vacib elementdir. Sürətlə artan qablaşdırılmış su istifadəsi də bu baxımdan diş çürüklərinin artımına səbəb olur.

Su dərimizin nəmli saxlamağa kömək edir

Su içməyin dərini daha cavan göstərdiyi hesab edilsə də, əslində, içdiyimiz suyun miqdarının dərimizin görünüşünə təsiri olduqca azdır. Yəni bədənin susuz qalmadığı müddətdə həddindən artıq su içmək dəridə yaranan quruluğun qarşısını almayacaqdır. Çünki dəridəki nəmin səviyyəsi birbaşa daxili faktorlardan asılıdır və içdiyimiz su epidermisə, yəni dərinin üst təbəqəsinə təsir etmir.

Su içmək çəki atmağımıza kömək edir

Su içmək birbaşa arıqlamğa yardımçı olmasa da, bu prosesə kömək etdiyini deyə bilərik. Belə ki, pəhriz dönəmində kalorisi yüksək olan digər içkilər əvəzinə su içmək həddən artıq kalori almağın qarşısını alır, bundan başqa insanın toxluq hiss etməsinə səbəb olur və bu da daha az yemək yeməyə və tez doymağa gətirib çıxarır. Soyuq su isə əlavə olaraq maddələr mübadiləsinin sürətlənməsinə kömək edir.

Susamaq bədənin susuz qaldığını göstərir

Ümumiyyətlə, bu fikir yanlışdır, çünki susamaq bədənin susuz qaldığını bildirmir. Bədənin susuzluğu qanın konsentrasiyasının 2 faizə qalxdığı an başlayır.

Yüksək səviyyəli idmanla məşğul olduqda su əvəzinə idmançılar üçün nəzərdə tutulan içkilərdən içmək daha yaxşı olardı

Bu fikir də yanlışdır. Ola bilər ki, bu cür içkilər gözəl reklam olunsun, lakin su bədəni idman etdiyiniz zaman lazım olan maye və maddələrlə təmin edə bilər, həm də bu cür içkilər sudan daha bahadır. Dadı gözəl olan vitaminli içkilər əsasən yarış sonrası idmançılar tərəfindən bədəndəki duzun miqdarını tənzimləmək üçün içilə bilər, lakin sadə idman hərəkətləri edən, ya da idman zallarında məşq edənlərin bundan istifadə etməsinə ehtiyac yoxdur.

Həddindən artıq su içmək

Müəyyən sağlamlıq problemləri olan insanların həddindən artıq su içməsi onlar üçün riskli ola bilər. Məsələn, yüksək təzyiq xəstələri, ürək xəstəliyi olanlar çox su içməkdən qaçmalıdırlar. Böyrək xəstəliyi olanların isə qəbul edəcəyi suyun miqdarını həkimlərilə öncədən məsləhətləşməyi yaxşı olardı. Həzmi çətinləşdirdiyi üçün yemək zamanı da su içmək bir o qədər məsləhət deyil.

Plastik butulkaları təkrar istifadə etməyin

Plastik butulkalar içindəki mayeni içdikdən sonra təkrar doldurub istifadə edənlər üçün böyük risk daşıyır. Plastik butulkaların tərkibində olan kimyəvi maddələr bir neçə dəfə istifadə edildikdən sonra içində olan suya da qarışır və bu da ağızda bakteriyaların yaranmasına səbəb olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı