Türkiyənin Adana şəhərində avtobus aşıb.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb. Yaralılardan 7-si uşaqdır. Bildirilir ki, avtobus aşandan sonra yanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.