"Bu baş verməsə, müharibə olacaq" - Qapalı görüşün DETALLARI

Nikol Paşinyanın Tavuşda keçirdiyi 5 saatlıq qapalı görüşün detalları məlum olub.

Metbuat.az bildirir ki, bu barədə “Hraparak” nəşri yazıb. Paşinyan kəndlərin Azərbaycana qaytarılmaması halında müharibə olacağını deyib:

"Görüşdə kənd rəhbərləri Paşinyandan soruşublar ki, 4 kəndin verilməsindən sonra müharibə təhlükəsi aradan qalxacaqmı? Baş nazir isə belə zəmanətin olmadığını deyib. Qeyd edib ki, hadisələr bütün ssenarilər üzrə inkişaf edə bilər, Ermənistan maksimum müharibədən qaçmalıdır.

Nəşr qeyd edir ki, görüşdə iştirak edən icma rəhbərləri Azərbaycana yeni ərazilərin də təhvil veriləcəyini düşünürlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı