B12 çatışmazlığı bu problemlərə səbəb olur

Unutqanlıq, xatırlama problemi və yaddaş zəifliyi problemləri indi nəinki yaşlılar, gənclər və orta azyaşlılar arşında da geniş yayılıb. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi B12 vitamini çatışmazlığıdır. Kəskin B12 vitamini çatışmazlığı isə hətta yaddaşın tamamilə itməsinə səbəb olur.

Metbuat.az xəbər verir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova deyib: “B12 vitamini orqanizmdə qan hüceyrələrinin əmələ gəlməsində iştirak edir. Hamilə qadınlara daha çox həmin vitamin lazım olur və onlar onu ikiqat qəbul etməlidirlər. Gündəlik olaraq 2,5-3 mikroqram B12 vitamini qəbul edilməlidir. Təxminən 190 qramlıq qırmızı ət porsiyası gündəlik B12 vitamini qəbulunun yarısını qarşılaya bilər. B12 vitaminin çatışmazlığı depressiya, əzələ ağrısı, halsızlıq, yorğunluq və əllərdə sinir sistemi dəyişiklikləri ilə özünü büruzə verir”.

Mütəxəssislər deyirlər ki, qırmızı ət B12 vitamini olan qidalarla çox zəngindir. Təxminən 95 qram yağsız ət istehlak etməklə gündəlik B12 vitamininə olan ehtiyacı ödəmək mümkündür. 240 ml yağlı süd B12–yə olan tələbatın 18 faizini, iki böyük yumurta isə 22 faizini ödəyir.

B12 vitamini daha çox ət, balıq, dəniz məhsulları, quş əti, süd və süd məhsulları, yumurta kimi heyvan mənşəli qida növlərində olur. Tərəvəzlərdən mərci, çuğundur, brokkoli, ispanaq, lobya, noxud, yaşıl lobya, cəfəri, soya və badamın tərkibində də B12 vitamini var.

Həkimlər deyirlər ki, qidalarla yanaşı balanslı səhər yeməyi də beyinin fəaliyyətini gücləndirir. Faydalı səhər yeməyi yaddaş və düşünmə qabiliyyətini qarşılamağa kömək edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı