Strateji valyuta ehtiyatları 70 mlrd. dollara yaxınlaşdı

2024-cü ilin ilk 5 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 69.7 mlrd. ABŞ dollarına çatıb.

Metbuat.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 1.8% və ya 1.3 mlrd. ABŞ dolları çoxdur.

    Bundan əlavə qeyd edilib ki, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı