Onların Heydər Əliyev Sarayında konsertinə icazə verilmədi

Müğənnilər Vəfa Şərifova, Şəbnəm Tovuzlu və meyxanaçı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsertinə icazə verilməyib.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev “Xəbərin var?” verilişində danışıb. O bildirib ki, bir neçə ay öncə Vəfa sözügedən məkanda konsert vermək istəyib:

“Bir neçə ay bundan əvvəl Vəfa Şərifova Heydər Əliyev Sarayında konsert vermək istəyirdi. Mənə dedi ki, istəyirəm, təşkilatçısı olasan. Buradan Sarayın rəhbəri İlham Qasımovu salamlayıram. Onunla danışdım, dedi ki, burada qadağa deyilən bir şey yoxdur. Amma Sarayın əzəməti var. İlham müəllim dedi ki, Vəfanın repertuarında burada səslənəcək neçə mahnı var? Mən dedim ki, bilmirəm. Dedi ki, onda gərək bütün repertuar dəyişilsin, Saraya uyğun olsun. Nəinki Vəfaya, ora Şəbnəm Tovuzlu da daxildir. O da istəyib, maraqlanıb, icazə verməyiblər. Bu janrdakı, kateqoriyadakı müğənnilərin Heydər Əliyev Sarayında konserti mümkün deyil. Bu, pulla tənzimlənmir. Onlar gərək müəyyən etablardan keçsinlər, Yaşıl Teatrda konsert versinlər. Bildiyim qədərilə Damla və Şəbnəm orada səhnə alıb. Məsələn, Orxan Lökbatanlı dedi ki, Heydər Əliyev Sarayında konsert vermək istədim, dedilər repertuarın o deyil. Amma Namiq Qaraçuxurlu, Talıb Tale orada konsert verib. “Maşın şou”dan sonra Talıb Tale orada səhnə alıb. Onda bəzi istisnalar olub. Deyiblər ki, 10 dənə öz mahnını oxu. Öz mahnılarından az oxuyub. Həmin dövrdəki rəhbərlik istisna edib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı