Bu ölkənin atom bombası yaratmasına az qalıb - Xəbərdarlıq edildi

İran İslam Respublikası atom bombası yaratmaq ərəfəsindədir və bunun qarşısını almaq üçün nəsə etmək lazımdır.

Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-in 9 düşüncə mərkəzinin birgə bəyanatında xəbərdarlıq edilib.

“İslam Respublikası bir neçə gün ərzində bir neçə nüvə silahı istehsal etmək üçün lazım olan uranı istehsal edə bilər və bunun qarşısını almaq üçün təcili tədbirlər görülməli, Amerikanın növbəti prezidenti etibarlı hərbi variantları nəzərdən keçirməlidir”, - bəyanatda bildirilib.

Həmçinin bəyanatda dünyanın diqqətinin İsrail-HƏMAS müharibəsinə və 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə yönəldiyi bir vaxtda Tehranın davamlı və sakit şəkildə nüvə zənginləşdirmə fəaliyyətlərini artırdığı da qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı