ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdi zamanı başını yüngülcə böyük televiziya ekranına doğru əyib və bu, onun həyatını xilas edib.
Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Trampın müşaviri Den Skavino X sosial şəbəkəsində yazıb.
“Allaha şükür, dünən axşam keçirilən mitinq zamanı Prezident Tramp böyük ekrana baxmaq istəyib. Bu, atış zamanı onun başını bir az əyməsinə səbəb olub. O, bütün dualar, sevgi və dəstəyə görə minnətdardır”, - Scavino yazıb.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında tərəfdarları ilə keçirilən aksiyada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi edilib. Tramp yüngük xəsarətlə xilas olub.
FTB-nin məlumatına görə, atəş açan 20 yaşlı Tomas Metyu Kruks zərərsizləşdirilib.