İdmançımız ipponla yarımfinalda - PARİS-2024

Hidayət Heydərov Olimpiadada 1/4 final görüşünə çıxıb.

Metbuat.az bildirir ki, o, kanadalı Artur Margelidonla qarşılaşıb. İdmançımız bu görüşdə ipponla qalib gəlib və yarımfinala vəsiqə qazanıb.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR