"Apple"dan "İphone" istifadəçiləri üçün yenilik

"Apple" şirkəti "Safari" brauzeri üçün yeni funksiyanı təqdim edib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, iOS 18 Beta 5 yeniləməsində ortaya çıxan "Distraction Control" adlı xüsusiyyət iPhone istifadəçilərinə Safari proqramında saytlarda müəyyən elementləri aradan qaldırmağa imkan verəcək.

İstifadəçilər "Ağıllı Axtarış" bölməsindəki "Səhifə" menyusundan "Diqqətin Dağılmasına Nəzarət" alətinə daxil olaraq, hər hansı saytdan silmək istədikləri elementi seçməlidirlər. "Safari" növbəti dəfə həmin sayta daxil olanda, elementləri silməyi xatırlayacaq.

“Distraction Control” adlı funksiya "Safari" proqramından tez-tez istifadə edənlər üçün çox funksional olacaq.

Sosial medianın bütün dünyada məşhur olduğu və məzmunun sürətlə istehlak edildiyi günümüzdə diqqətin yayınması bir çox insanın həyatına mənfi təsir göstərir. "Apple" insanların diqqətinin yayınmasının qarşısını almaq və oxuyarkən diqqətlərini cəmləşdirməyə kömək etmək üçün bu funksiyanı təqdim edib.

Silinmiş elementlər iPhone istifadəçisi tərəfindən bir-bir seçiləcək və cihazlar arasında sinxronizasiya olunmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı