Rusiyanın BRİKS ölkələri ilə ticarətində kəskin artım

Rusiyanın BRİKS ölkələri ilə ticarəti 28 faiz artıraraq 300 milyard dollara çatıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət naziri Anton Alixanov Rusiyanın Nijni Novqorod şəhərində BRİKS ölkələrinin sənaye nazirlərinin iştirak etdiyi toplantıda məlumat verib.

Bildirilib ki, bu ilin ilk 5 ayında ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb və artımda müsbət tendensiya hələ də davam edir

Alixanov bu il BRİKS-ə yeni qoşulan ölkələrlə ticarətin hələlik ticarət həcminin statistikasına daxil edilmədiyinə diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı