Meymunçiçəyinə görə gəmi karantinə alındı

Argentinada bir yük gəmisi meymunçiçəyi virusu səbəbindən karantinə alınıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Rosario limanı yaxınlarında baş verib. Məlumata görə, San Lorenzo limanına gedən gəmidə olan bir Hindistan vətəndaşının meymunçiçəyi virusu daşıyıcısı olduğu düşünülür.

Argentina Səhiyyə Nazirliyindən hadisə ilə bağlı bildirilib ki, həmin şəxs gəmidəki digər şəxslərindən ayrı saxlanılır. Gəmiyə sadəcə tibbi personal girə biləcək və test nəticələri çıxana qədər gəmi karantində qalacaq. Bundan öncə Argentinada daha 8 nəfərin sözügedən virusa yoluxduğu açıqlanmışdı.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı