Putin ona hədiyyə verilən Qurani-Kərimi öpərək qəbul etdi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistana səfəri zamanı Hz. İsa məscidinə gedib.

Metbuat.az xəbər verir ki, Putinə məsciddə Qurani-Kərim hədiyyə edilib. Putin Qurani-Kərimi öpərək qəbul edib. Kadırovun köməkçisi Qurani-Kərimdən Putinə Ənfal surəsinin 17-ci ayəsini oxuyub. Çeçenistana səfəri zamanı Vladimir Putin Ukraynada döyüşmək üçün təlim keçən əsgərləri ziyarət edib.

Qeyd edək ki, Vladimir Putin 2011-ci ildən sonra ilk dəfə Çeçenistana səfər edib. Putin 2011-ci ildə Çeçenistana Baş nazir kimi səfər etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR