Ançelottinin Arda ilə ulduzu barışmır - Gözlənilməz qərar

“Malyorka” səfərində 1-1 hesablı heç-heçədən sonra tənqidlərə məruz qalan “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin start heyətlə bağlı qərar verdiyi deyilir.

Metbuat.az xəbər verir ki, oyunçuları gec dəyişdirdiyi üçün tənqid edilən Ançelottinin start heyətini seçdiyi deyilir. İddialara görə, Ançelottinin “Malyorka” matçındakı 11-i onun start heyətidir. Ançelottinin 12-ci oyunçusu isə Modriçdir. Modriç həm oyuna nəzarəti artırmaq (“Atalanta” matçında olduğu kimi), həm də (Malyorkada olduğu kimi) daha çox boş mövqe yaratmaq üçün oyuna daxil ediləcək 12-ci oyunçudur. Məlumata görə, qalan dəyişikliklər azı mövsümün başlanğıcı üçün Ançelottinin planında əhəmiyyətsiz rol oynayır.

İddia edilir ki, Ançelottinin start onbirlik haqqında qəti mövqeyi var. Bu planlara nə Arda Güler, nə də Brahim Diaz daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR