"Kursk əməliyyatı uğursuz oldu" - KİV

"Rusiya qoşunları şərqdə irəliləməyə davam edir, Ukrayna hərbçilərinin Pokrovski cəbhəsinə yerləşdirmək üçün çoxlu əlavə qoşunları yoxdur, ehtiyat briqadalar hazırda Kursk əməliyyatında iştirak edir".

Metbuat.az xəbər verir ki, bunu "Forbes"in analitiki Devid Axe deyib. O bildirib ki, Pokrovski ələ keçirməklə Rusiya Ukraynanın bütün şərq cəbhə xətti boyunca müdafiəsini zəiflədə bilər:

"Ukrayna Kursk vilayətini işğal edəndə çoxları maraqlanırdı ki, niyə bu qoşunlar əvəzinə Pokrovski gücləndirmirlər? Əsas izahatlardan biri bu idi ki, işğal rus qoşunlarını şərqdən yayındırmalı, Pokrovska təzyiqi yumşaltmalı idi. Kursk bölgəsindəki hücum nəinki bəzi Rusiya qüvvələrinin Donetskdən köçürülməsinə səbəb ola bilmədi, həm də bölgədə Ukrayna qüvvələrinin çatışmazlığını daha da pisləşdirdi.

Ekspert bildirib ki, Ukraynanın Kurskı işğal etməsindən üç həftə sonra, Rusiyanın şərqdəki hücumu nəinki davam edir, həm də artıq Pokrovskı təslim etməkdən başqa çarə yoxdur və bu, tezliklə baş verə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı