"Napoli"də əsas heyətdən kənarlaşdırılan Viktor Osimhen "Qalatasaray"a transfer olub.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" Osimheni 1 illik icarə əsasında heyətinə qatıb. “Corriere dello Sport”un xəbərinə görə, Qalatasaray, futbolçunun 11 milyon avroluq maaşının hamısını ödəyəcək. Fabrizio Romanonun verdiyi xəbərə görə, "Qalatasaray"a icarə əsasında keçməyə razılıq verən Viktor Osimhen "Napoli"dən onun sərbəst qalma məbləğini 150 milyon avrodan 75 milyon avroya endirməsini istəyib. Futbolçu böyük klublardan təklif alacağı təqdirdə müqaviləsini mövsümün fasiləsində dayandırılmasını istəyir.
Xəbərdə deyilir ki, Viktor Osimhen “Qalatasaray”dan tez ayrılmağa qərar versə, Türkiyə təmsilçisinin qonorar alacaq.