"Real"da Mbappe fiaskosu? - Rəqabət apara bilmədi

Real Madrid karyerasına uğurlu başlaya bilməyən Kilian Mbappe artıq tənqid hədəfinə çevrilib.

Metbuat.az xəbər verir ki, Mbappenin La Liqada ilk üç matçını qolsuz keçirməsi diqqət çəkib. 4-cü turda Mbappe “Real Betis”ə iki qol vursa da, tənqid hədəfindən qaça bilməyib. Kilian Mbappeni tənqid edənlər arasında Fransa millisinin kemiş üzvü və Dünya Kubokunun qalibi Kristof Düqarri də var. O, Mbappenin bir çox aspektlərdə təkmilləşməsinin lazım olduğunu irəli sürüb. “RMC Sport”a danışan Duqarri, "Statistikaya ciddi əməl etsək, Mbappe uğurlu oyunçudur, iki qol vurdu. Lakin qollara baxmayaraq, uğursuz oynadı” deyə bildirib. O deyib:

"Kylian Mbappenin texniki cəhətdən məhdud olduğunu gördük. Bilirik ki, o, ilk 10 ən texniki oyunçu sırasına düşə bilməz. Xüsusilə Vinisius kimi oyunçunun yanında onun texniki çatışmazlıqları daha aydın görünür. Vinisius və Mbappenin fiziki səviyyələrini müqayisə edəndə Vinisiusun daha yaxşı olduğu aydın görünür. Oxşar mövqelərdə, xüsusən də Mbappe özünü sol cinahda atanda Vinisius Mbappenin bacara bilməyəcəyi imkanlar yaratmağı bacarır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR