Sabah Əlcəzairdə prezident seçkiləri olacaq

Sabah Əlcəzairdə prezident seçkiləri keçiriləcək.

Metbuat.az xəbər verir ki, seçkilərdə hazırki prezident Əbdülməcid Təbbun, Sosialist Qüvvələr Hərəkatından (FFS) Yusuf Uşiş və Sülh Cəmiyyəti Hərəkatından (MSP) Əbdüləəli Həsəni Şərif yarışacaq.

Ölkə daxilində Müstəqil Seçki Şurasının müəyyən etdiyi seçki qutularında səs vermək hüququna malik olan təxminən 24 milyon Əlcəzairli var.

Qeyd edək ki, 2019-cu ildə Əlcəzairdə kütləvi ictimai etirazlar nəticəsində 20 illik hakimiyyətdən sonra istefa verməli olan Əbdüləziz Buteflikadan sonra Əbdülməcid Təbbun seçkilərdə qalib gələrək prezident olub. Hazırda vəzifədə olan 78 yaşlı prezident Təbbun bir müddət daha vəzifəsini davam etdirmək üçün müstəqil namizəd kimi seçkilərdə iştirak edir və favorit olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR