"Bu, ən yaxşı debatım idi" - Tramp

ABŞ-nin keçmiş prezidenti və hazırda "Ağ Ev"in rəhbəri vəzifəsinə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə debatdakı çıxışını siyasi karyerasında ən yaxşısı hesab edir.

Metbuat.az bildirir ki, o, bu barədə CNN-ə verdiyi şərhdə danışıb. Donald Tramp debatda qalib gəldiyini, buna görə də Harrislə ikinci bir debat istəmədiyini ifadə edib. O, Harrisin ikinci debatda bağlı tələbini məğlubiyyətlə əlaqələndirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR