Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 197-yə çatdı

Vyetnamda baş verən Yagi qasırğasının yaratdığı sel və torpaq sürüşmələrində ölənlərin sayı 197-yə çatıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, torpaq sürüşməsi və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 197-yə yüksəldiyi, 800 nəfərin yaralandığı bildirilib.

Açıqlamada itkin düşən 128 nəfərin axtarışlarının davam etdiyi qeyd edilib. Sel səbəbiylə ölkənin şimalında 200 min hektar əkinçilik sahəsi məhv olub.

Bildirilib ki, Avstraliya, Yaponiya, Cənubi Koreya və ABŞ kimi bir çox ölkələr Vyetnama yardım göndərməkdə davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR