"Meta" bu hərəkətləri ilə özünü gözdən salır - Peskov

Rusiya KİV-lərinin hesablarının bloklanması Amerikanın “Meta” korporasiyası ilə münasibətlərin perspektivlərin çətinləşdirir.

Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, Kreml şirkətin hərəkətlərini çox mənfi qiymətləndirir.

“Meta bu hərəkətləri ilə özünü gözdən salır və təbii ki, Rusiya mediasına qarşı belə hərəkətlər yolverilməzdir. Ona görə də bizim buna son dərəcə mənfi münasibətimiz var və bu, əlbəttə ki, münasibətlərimizin normallaşdırılması perspektivlərini çətinləşdirir”.

Qeyd edək ki, sentyabrda ABŞ “Russia Today”ə və media qrupunun rəhbəri Dmitri Kiselyova, həmçinin RT telekanalına və onun baş redaktoru Marqarita Simonyana qarşı sanksiyalar tətbiq edib . ABŞ hakimiyyət orqanları bu KİV-ləri Amerika seçkilərinə müdaxilə üçün informasiya kampaniyasına cəlb edilmiş hesab edirlər. Dövlət Departamenti ABŞ, Böyük Britaniya və Kanadanın RT-yə qarşı diplomatik kampaniya apardığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı