Avropada daşqınlar nəticəsində ölənlərin sayı 20-yə çatdı

Avropada güclü yağış və daşqınlar nəticəsində Rumıniyada 7, Polşada 5, Avstriyada 5, Çexiyada 3 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildrilib ki, Avropada təxminən bir həftədir davam edən leysan yağışlar və daşqınlar nəticəsində 4 ölkədə ölənlərin sayı ən az 20-yə yüksəlib.

Məlumata görə, Çexiyada çaylar daşıb, Slovakiya və Macarıstanda isə Dunay çayında suyun səviyyəsi artıb. Polşa yağış və daşqınlardan ən çox zərər çəkən Çexiya ilə sərhəd bölgəsində fövqəladə vəziyyət elan edib.

Çexiyanın baş naziri Petr Fiala 13 mindən çox insanın təxliyə edildiyini açıqlayıb. Bildirilib ki, Çexiya-Polşa sərhədində on minlərlə ev təsərrüfatları hələ də işıqsız qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı