Çempionlar Liqasında 11 qolluq oyun - 6 matç keçirildi

2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda altı qarşılaşma baş tutub.

Metbuat.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin növbəti dörd qarşılaşmasında “Liverpul” səfərdə “Milan”ın öhdəsindən gəlib, “Bavariya” “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Dinamo”nu (Zaqreb) darmadağın edib, “Real Madrid” “Ştuttqart”ı yenib, “Sportinq” isə “Lill” üzərində inamlı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

17 sentyabr

I tur

“Yuventus” (İtaliya) – PSV (Niderland) 3:1

“Yanq Boys” (İsveçrə) – “Aston Villa” (İngiltərə) 0:3

“Bavariya” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 9:2

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:3

“Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya) 3:1

“Sportinq” (Portuqaliya) – “Lill” (Fransa) 2:0

Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı