Ermənistanla dialoqa hazırıq - KTMT Baş katibi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı həm keçmişdə, həm də bu gün bərabərhüquqlu tərəfdaş hesab edir.

Metbuat.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov "Müttəfiqlər. KTMT" ictimai-siyasi nəşrinə müsahibəsində deyib.

O, KTMT-nin Rusiya, Qazaxıstan və Qırğızıstanda keçirilən birgə təlimlərində Ermənistan nümayəndələrinin iştirak etmədiyini vurğulayıb.

İmanqali Tasmaqambetov bildirib ki, lakin KTMT rəhbərliyi Ermənistanı təşkilat formatında bərabərhüquqlu tərəfdaş hesab edir:

“Biz bütün cari məsələlər üzrə İrəvandan olan həmkarlarımızla dialoqa hazırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı