Çin ABŞ-nin 9 şirkətinə sanksiya tətbiq etdi

Çin Tayvana silah satdığı üçün ABŞ-ın 9 şirkətinə sanksiya tətbiq edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ÇXR ABŞ-nin Tayvana silah satmaq planlarını “vahid Çin” prinsipinin pozulması və onun daxili işlərinə müdaxilə adlandırıb.

Buna cavab olaraq Pekin doqquz Amerika şirkətinə məhdudiyyətlər qoyub.

ÇXR hesab edir ki, Vaşinqtonun Tayvana silah satmaq qərarı Çin-Amerika birgə kommünikesinə ziddir.

Pekin ABŞ-nin planlarının Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi ziyan vurduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı