"Barselona"dan məcburi transfer - Pulsuz alacaqlar

"Barselona" Mark-Andre ter Ştegenin ciddi zədəsi səbəbindən tez bir zamanda əvəzedici qapıçı cəlb etmək qərarına gəlib.

Metbuat.az bildirir ki, Kosta-Rikalı qapıçı Keylor Navas da "Barselona" üçün əsas namizədlərdən biridir. 37 yaşlı təcrübəli qolkiperin transferi asanlaşdırmaq üçün böyük maaş tələb etməyəcəyi iddia edilir.

Ötən mövsüm "PSJ" forması ilə cəmi 6 matça çıxan Navas hazırda azad agentdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR