Fransa İsraili Livana qurudan hücumdan çəkinməyə çağırdı

"Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin həyata keçirilməsinə kömək etməyə hazırıq və Livan ordusuna dəstəyimizi gücləndirəcəyik. Tərəflər indi də masanın üzərində olan atəşkəs təklifini qəbul etmək fürsətindən istifadə etməlidirlər".

Metbuat.az xəbər verir ki, bu sözləri Beyrutı səfirliyində mətbuat konfransı keçirən Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrot deyib.

Livan rəsmilərinin Fransa-ABŞ təşəbbüsünü dəstəklədiyinə işarə edən Barrot İsrail tərəfi ilə hər gün əlaqə saxladıqlarını bildirib: "Biz onları bu təşəbbüsü qəbul etməyə və qurudan hücumdan çəkinməyə çağırırıq".

İsrailin Beyrutun cənub ətrafını (Dahiye) hədəf alan intensiv hücumlarına baxmayaraq, Livanda diplomatik həll yollarının olduğunu deyən Barrot Livana tibbi-humanitar yardım dəstəyi vermək üçün də gəldiyini bildirib.

Qeyd edək ki, bu səhər İsrailin müdafiə naziri Yoav Gallant ölkənin şimalında zirehli birlikləri ziyarət edərək Livan istiqamətində qurudan hücum ehtimalına işarə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı