Ermənistanda nazir istefa verdi

Ermənistanın Ədliyyə naziri Qriqor Minasyan baş nazirə istefa ərizəsini təqdim edib.

Metbuat.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə o, sosial mediada məlumat verib.

Bundan əvvəl hakim partiyadan təxminən otuz deputat Minasyanı vəzifəsindən uzaqlaşdırmaq üçün baş nazirə müraciət etmək məqsədilə imza toplayıblar. Minasyan isə çərşənbə axşamı bildirib ki, imza toplanmasına “qoşulmaq” və istefa ərizəsi vermək qərarına gəlib. O, parlament idarəetmə sistemi şəraitində bir deputatla problem olduqda nazir postunda qalmağın çətin olduğunu, ona qarşı isə iyirmidən çox deputatın çıxdığını vurğulayıb.

Minasyan qeyd edib ki, insanlar hər zaman ədliyyə nazirlərindən ədaləti bərpa etmək üçün sürətli addımlar gözləyiblər, amma bu, dərhal həyata keçirilmir. Onun sözlərinə görə, əlbəttə, səbir göstərmək, missiya uğrunda mübarizə aparmaq və insanlara işin nəticələrini göstərmək mümkün idi. Lakin o, özünü daha yaxın hiss etdiyi özəl sektora geri dönmək qərarına gəlib.

Qeyd edək ki, Minasyan nazir postundan əvvəl vəkil kontorunun rəhbəri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Minasyana qarşı imza toplanması keçən həftə başlayıb. Media bu vəzifəyə təyin olunmasına hakim fraksiya daxilində əvvəlcədən etiraz edildiyini bildirib. Bunun əsas səbəbi isə Minasyanın Vatikan səfiri olmuş Mikael Minasyanın qardaşı və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni olmasıdır. Bundan əlavə, yaxın zamanda Minasyanın müavini təyin olunan Sirvard Gevorkyanın istefası da vəziyyəti daha da gərginləşdirib. Gevorkyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın qızı ilə eyni kursu bitirdiyinə görə də təyinatı mübahisə doğurmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı