​Livanın cənubundan Təl-Əvivə raketlər atıldı

Livanın cənubundan İsrailin Təl-Əviv şəhərinə raketlər atılıb.

Metbuat.az xəbər verir ki, atılan raketlərin bir hissəsi İsrail hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. Hücum zamanı İsrail ordusu ölkənin mərkəzi hissəsinin və Təl-Əviv sakinlərini sığınacaqlara getməyə çağırıb. Ordunun açıqlamasına görə, Livandan atılan raket səbəbilə Təl-Əvivin şimalında həyəcan siqnalları işə düşüb. Atılan raketin havada məhv edildiyi bildirilərkən, Təl-Əviv sakinlərinə xəbərdarlıqlar edilib. Təl-Əviv sakinlərindən sığınacaqlara yaxın ərazilərdə qalmaları və lazım olmadıqca çölə çıxmamaları istənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR