Əsrin fəlakəti ola bilər - Bayden

ABŞ Prezidenti Co Bayden Florida ştatına doğru irəliləyən Milton qasırğası ilə bağlı xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, Bayden Ağ Evdə keçirilən və rəsmilərin də qatıldığı brifinqdə Milton qasırğası ilə bağlı vəziyyəti dəyərləndirib. Bayden Miltonun əsrin qasırğası ola biləcəyini ifadə edib. Qasırğaya hazırlaşmaq üçün əllərindən gələni etdiklərini bildirən Baydenin sözlərinə görə, təbii fəlakətin fəsadlarını azaltmaq üçün qabaqlayıcı tədbirlər görülür. Bayden sakinləri rəsmi dairələrin tövsiyələrinə əməl etməyə çağırıb. O, federal hökumətin Floridadakı rəsmiləri və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi ilə sıx koordinasiyada işlədiyini qeyd edib.

Qeyd edək ki, ABŞ Milli Meteoroloji Xidməti Meksika körfəzində güclənən və Florida ştatına yaxınlaşan Milton qasırğasının son 100 ilin “ən güclüsü” ola biləcəyi barədə xəbərdarlıq etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı