Milyarderlər gəlirlərini bu sahəyə yatırırlar - Qəribə seçim

Dünya şöhrətli ABŞ milyarderləri Bill Qeyts və Ceff Bezos xeyli torpaq sahələri alıblar.

Metbuat.az xəbər verir ki, milyarderlər son illərdə aldıqları torpaqlarla ölkənin ən böyük torpaq sahibləri siyahısında 25-ci yeri tutublar. Bu barədə məlumat ABŞ-da nəşr olunan "The Land Report" jurnalının "Ən yaxşı 100 Torpaq Sahibkarı Hesabatı"nda qeyd edilib. Hesabatda deyilir ki, texnologiya biznesi ilə məşğul olan milyarderlər torpaqlara sərmayələri artırıb. Məlumata görə, texnologiya şirkətlərinin sahibləri arasında ən çox torpaq sahəsi olan iş adamı Amazonun qurucusu Ceff Bezos olub. O təqribən 18 min kvadrat kilometr torpaq sahəsi ilə siyahıda 25-ci yerdədir.

“Microsof”tun həmtəsisçisi Bill Qeyts siyahıda 41-ci yerdədir. ABŞ-da onun təqribən 10 min kvadrat kilometr torpaq sahəsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR