İsrail hava zərbəsi ilə Hizbullah rəsmisini hədəf aldı - 18 ölən var

İsrailin hərbi təyyarələri Livanın paytaxtı Beyrutun mərkəzinə hava zərbəsi endirib.

Metbuat.az xəbər verir ki, iki hava zərbəsi nəticəsində Ras əl-Nabaa və Al-Basta məhəllələrində bir neçə bina dağıdılıb. Partlayışlardan sonra sıx məskunlaşmış ərazidən qatı tüstü qalxıb. "Reuters" Livan mənbələrinə istinadən bildirib ki, hücum zamanı azı bir Hizbullah rəsmisi hədəf alınıb.

Məlumata görə, hücumlar nəticəsində 18 nəfər həlak olub, 92 nəfər isə yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı