Saatlıda ağır qəza - xəsarət alanlar var

Saatlı rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

Metbuat.az Report-a istinadən, hadisə rayonun Əlisoltanlı kəndi qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı qoşqulu yük maşını ilə VAZ-2109 minik avtomobili toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Hadisə zamanı Saatlı rayon sakinləri, 1961-ci il təvəllüdlü Xaqani Firudin oğlu Nuriyev və 1991-ci il təvəllüdlü Şamxal Münasib oğlu İmanquliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR