İranda spirtli içkidən kütləvi zəhərlənmə - 48 nəfər öldü

Son iki həftə ərzində İranda Mazandaran, Gilan, Həmədan və Zəncan əyalətlərində metil spirtindən istifadə nəticəsində yüzlərlə insan zəhərlənib. Onlardan 48 nəfər ölüb.

Metbuat.az yerli KİV-lərə istinadən xəbər verir ki, zəhərlənənlərin əksəriyyəti görmə qabiliyyətini itirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərli maddənin istehsalçılarını və satıcılarını aşkarlayıb və onları saxlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı