Abasovun "Neftçi"dəki maaşı bəlli oldu - MƏBLƏĞ

İki ildən sonra "Neftçi"yə qayıdan Samir Abasovun nə qədər pul qazanacağı bilinib.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, dünən 2 illik müqaviləyə imza atan mütəxəssis ilk mövsümündə 200 min manat əldə edəcək.

Yeni sezonda isə bu məbləğ daha 100 min manat artacaq.

Abasov 2020-ci ilin noyabrından 2022-ci ilin mayınadək "ağ-qaralar"ı çalışdırıb. O, 2021-ci ildə paytaxt təmsilçisini ölkə çempionu edib, daha sonra Premyer Liqanın gümüş medallarını qazandırıb.

Mütəxəssisin axırıncı iş yeri "Sumqayıt"dır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR