Ukraynaya yeni tanklar verilir

Avstraliya yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya “M1A1 Abrams” tankları göndərəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Sənayesi Departamenti açıqlama verib. Avstraliya Müdafiə Sənayesi Naziri Pat Conroy, təxminən 245 milyon Avstraliya dolları dəyərindəki hərbi yardım paketi çərçivəsində Ukraynaya 49 ədəd "M1A1 Abrams" tankının göndəriləcəyini bildirib. Nazir bildirib ki, tanklar Ukrayna ordusunun atəş gücünü və hərəkətliliyini artıracaq. Onun sözlərinə görə, Avstraliya Ukraynanı dəstəkləməkdə qərarlıdır.

Ukraynanın Kanberradakı səfiri Vasil Myroşnıçenko bu yardımı alqışladığını və bunun ölkəsində insanların həyatını xilas edəcək vacib addım olduğunu ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR