Rusiya ordusu Donetsk vilayətində bir yaşayış məntəqəsini nəzarətə götürüb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərbi əməliyyatları barədə məlumat verilib. Bəyanatda Rusiya ordusunun Ukraynadakı mövqelərini yaxşılaşdırdığı bildirilib. Məlumatda deyilir ki, Mərkəzi Hərbi Qrupun birliklərinin fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Tsukurino qəsəbəsi azad edilib.
Açıqlamada, Ukraynanın hərbi hava limanı infrastrukturuna və 142 bölgədə əsgər və hərbi texnikanın yerləşdirildiyi məntəqələrə hücumların təşkil edildiyi qeyd edilib.