Yeni Dehli dünyanın ən çirkli şəhəri oldu

Divali festivalından sonra aparılan ölçmələrə görə, Hindistanın paytaxtı Yeni Dehli dünyanın ən çirkli hava keyfiyyətinə malik şəhəri olub.

Metbuat.az xəbər verir ki, bu barədə Havanın Keyfiyyəti və Havanın Proqnozlaşdırılması və Tədqiqatları Sistemi məlumat verib. Bildirilib ki, Divali festivalı çərçivəsində şəhərin bir çox yerində maye qazlardan istifadə nəticəsində paytaxtda “PM 2,5” dərəcəsi bəzi bölgələrdə kubmetr üçün 900 mikroqrama yaxınlaşıb. Bu, Ümumdünya Səhiyyə Təşkilatının insan sağlamlığı üçün yuxarı həddi hesab etdiyi səviyyədən 23 dəfə çoxdur.

Qeyd edək ki, Yeni Dehlidə tüstü, toz, aşağı küləyin sürəti, avtomobillərin tullantıları və küləşin yanması səbəbindən sıx duman əmələ gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı