Fələstin lideri Qəzza ilə bağlı çağırış etdi

Qəzza zolağında atəşkəsin həyata keçirilməsini əhatə edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsini yerinə yetirməyin vaxtı çatıb.

Metbuat.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas belə deyib. Abbas Misirin paytaxtı Qahirədə keçirilən "Dünya Şəhər Forumu"ndakı çıxışında bildirib ki, İsrail Fələstində soyqırım, etnik təmizləmə, torpaq və təbii sərvətlərin qəsb edilməsi kimi cinayətlər həyata keçirir. Abbas beynəlxalq ictimaiyyətə müraciət edərək, İsraili dayandırmağa, onun hərəkətlərinə və cinayətlərinə görə məsuliyyət daşımasını və cəzalandırılmasını təmin etməyə çağırıb.

Onun sözlərinə görə, Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü regionda ədaləti və sabitliyi təmin etmək üçün fundamental hüquqdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR