Tramp Baydenin sərəncamlarını ləğv edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmi olaraq vəzifəsinin icrasına başladığı ilk həftə ərzində Cozef Bayden administrasiyasının bir çox sərəncamlarını ləğv edəcək.

Metbuat.az xəbər verir ki, Donald Trampın seçki qərargahının mətbuat katibi Kerolayn Livitt bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“Donald Trampın ilk administrasiyasının effektiv siyasi kursundan uzaqlaşmaq üçün Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris tərəfindən imzalanan bütün sərəncamlar ləğvi olunacaq”, - deyə Kerolayn Livitt bildirib. Onun sözlərinə görə, Tramp “Oval kabinetdə” ilk həftəsində onlarla fərman imzalayacaq.

Mətbuat katibi, həmçinin Cozef Baydenin ali dövlət postunda çalışdığı ilk həftədə imzaladığı 94 sərəncamın sərhəddə böhrana və iqtisadi tənəzzülə səbəb olduğunu vurğulayıb.

“Donald Trampı əvvəlki administrasiya tərəfindən verilən və geriləməyə səbəb olan sərəncamları aradan qaldırmaq üçün yenidən prezident seçiblər”, - deyə siyasətçi əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı