Mourinyo bu klubda çalışmaq istəyir

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo yenidən Premyer Liqasına qayıda bilər.

Metbuat.az xəbər verir ki, Türkiyədəki futbolu tənqid edən baş məşqçinin özünün də İngiltərəyə getmək istədiyi irəli sürülür. The Guardian"da yer alan xəbərə görə, Joze Mourinyo Eddi Haunun ayrılacağı təqdirdə "Nyukasl Yunayted"i çalışdırmaq istəyir. Portuqaliyalı məşqçi Premyer Liqada yarımçıq işlərinin olduğunu və İngiltərəyə mümkün dönüş üçün ən güclü variantın "Nyukasl" olduğunu hesab edir. Onun “Nyukasl” klubundakı hadisələrdən xəbərdar olmaq üçün bəzi vasitəçilərlə əlaqə saxladığı məlum olub. Səudiyyə Ərəbistanı Qran Prisində "Nyukasl"ın prezidenti Yasir ər-Rumayyanla sosial mühitdə görüşən Mourinyonun bu əlaqəni davam etdirdiyi bildirilir. “Nyukasl”ın Premyer Liqada 5 matçda qalib gələ bilməməsi və liqada 11-ci yerdə olması klub sahibləri üçün yetərli deyil.

Qeyd edək ki, Joze Mourinyo əvvəllər “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”də çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı