ABŞ-nin Ukraynaya Rusiya ərazisini uzaqmənzilli silahlarla vurmağa icazə verməsi gərginliyin yeni mərhələsidir.
Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. Peskov paytaxt Moskvada Ukrayna böhranı ilə bağlı jurnalistlərə açıqlamasında ABŞ-nin Ukraynaya Rusiya ərazisini uzaqmənzilli silahlarla vurmaq icazəsi verməsinə münasibət bildirib. O bildirib ki, bu, ABŞ-nin Ukraynadakı münaqişəyə cəlb olunma tərzini tamamilə dəyişdirir. Peskov Rusiya Prezidenti Vladimir Putinin daha əvvəl bu mövzuda açıqlama verdiyinə diqqət çəkib.
Peskov, "Əgər bu qərar qəbul edilibsə və Kiyev rəhbərliyinə çatdırılıbsa, bu, gərginliyin yeni mərhələsidir və ABŞ-nin məsələyə qarışması baxımından yeni vəziyyətdir. Bu məsələyə yanaşmamız və bu məsələ ilə bağlı mesajlarımız Qərb tərəfinə çatdırılıb” - deyə bildirib.