"Google Maps" 3 nəfərin ölümünə səbəb oldu

Hindistanda "Google Maps" vasitəsilə istiqamət alan üç nəfər tamamlanmamış körpüdən avtomobil ilə keçərkən faciəvi şəkildə ölüblər.

Metbuat.az xəbər verir ki, bu barədə "Economic Times" nəşri məlumat yayıb. Bildirilib ki, hadisə şəhərlərarası səfər edən avtomobilin "Google Maps" göstərişinə əməl edərək gecə vaxtı istifadə üçün təhlükəli olan körpüyə yönləndirilməsi nəticəsində baş verib. Hadisə yeri isə yalnız ertəsi gün, yerli sakinlərin avtomobili körpünün altındakı yerdə görməsi ilə aşkar olunub.

Yerli məmur qəza zamanı avtomobilin "Google Maps"dən istiqamət aldığını təsdiqləyib. Həyatını itirənlərdən birinin ailə üzvü faciəyə görə "Google"un yanlış məlumat təqdim etməsini və körpünün bağlı olduğuna dair xəbərdarlığın olmamasını səbəb göstərib:

“Yolu "Google Maps"lə yoxlayırdılar, tamamlanmamış körpüdən düşdülər. Yol bağlı olmalı idi, lakin bağlı deyildi. Xəritə körpünün işlək olduğunu göstərməməli idi”.

Qeyd edək ki, bu, "Google Maps"in istifadəçiləri təhlükəyə saldığı ilk hadisə deyil. Oxşar hadisələr əsasən gecə vaxtı, istifadəçilərin ətrafı yaxşı görmədiyi və tamamilə tətbiqə güvəndiyi hallarda baş verir. Belə ki, 2022-ci ildə Şimali Karolinada bir sakin "Google Maps"in onu illər əvvəl çökmüş körpüdən keçməyə yönləndirməsi nəticəsində həyatını itirib. Bu hadisədən sonra ailəsi "Google"u məhkəməyə verib. 2010-cu ildə isə Kaliforniyada bir qadın tətbiqin onu piyada yolu olmayan dörd zolaqlı bir avtomobil yolunda getməyə yönləndirdiyini iddia edərək şirkətə qarşı iddia qaldırmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR