Avropa İttifaqı Şurasının yeni Prezidenti vəzifələrinin icrasına başladı

Brüsseldə, Avropa İttifaqı Şurasının qərargahında keçirilən mərasimdə qurumun Prezidenti Şarl Mişel səlahiyyətlərini yeni rəhbər Antonio Koştaya təhvil verib.

Metbuat.az xəbər verir ki, bununla da, Avropa İttifaqı Şurasının yeni Prezidenti Antonio Koşta vəzifələrinin icrasına başlayıb. O, çıxışında Avropa İttifaqı ölkələri və qurumları arasında daha sıx əməkdaşlığın və dialoqun önəmini vurğulayıb.

Qeyd edək ki, Antonio Koşta 2015-2023-cü illərdə Portuqaliyanın Baş naziri vəzifəsində işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR