Suriyanın müvəqqəti höküməti BMT-yə şikayət etdi

Suriyada qurulan müvəqqəti hökumət İsrailin 1974-cü ildə imzalanan Qüvvələrin Çıxarılması Müqaviləsini pozduğu iddiası ilə Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edib.

Metbuat.az Türiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb İsrailin Suriya torpaqlarını daxil olması göstərilib. Belə ki, müvəqqəti hökümət rəsmisi bildirib ki, 61 illik rejimin devrilməsindən sonra İsrail Suriyanın Hermon Dağını işğal edib, hava hücumları ilə Suriya ordusunun qalan donanmasını və hava qüvvələrini böyük ölçüdə məhv edib. Hermon Dağından sonra İsrail qüvvələri Suriyanın Kuneytra vilayətində də irəliləyərək Dəməşq ətrafına qədər gəlib.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Kusay əl-Dahhak tərəfindən edilən şikayətdə belə deyilir: "İsrail şiddətli bombardmanlar ilə Hermon Dağını və Kuneytra vilayətini işğal edib. İşğal hələ də davam edir. İsrail bölgədə yaşayan mülki əhalini hədəf alır. Suriya Birləşmiş Millətlər Təşkilatı və Təhlükəsizlik Şurasından üzərinə düşən vəzifələri yerinə yetirərək Suriya ərazilərinə qarşı işğalı və hücumları dayandırmaq üçün tədbir görməsini tələb edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR