Mayotta adasında tüğyan edən (Hind okeanında Fransanın xarici ərazisi) dağıdıcı “Çido” qasırğası nəticəsində ölənlərin sayı bir neçə minə çata bilər.
Metbuat.az Report-a istinadən xəbər verir ki, fəlakət nəticəsində ən azı bir neçə yüz insan həlak olub.
Mayottaya xilasedici qüvvə, eləcə də lazımi dərmanlar göndərilməsinə baxmayaraq, ölənlərin sayı isə minə, hətta bir neçə minə çata bilər.
Qasırğanın nəticələrinin aradan qaldırılması üzrə işləri arxipelaqa yollanan Fransanın daxili işlər və xarici ərazilər naziri Bruno Retaylo koordinasiya edəcək.