Rusiyada Şimali Koreya əsgərləri həlak oldu - Kəşfiyyat

Kursk vilayətində azı 30 Şimali Koreya əsgəri ölüb və ya yaralanıb.

Metbuat.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi belə açıqlama verib. Açıqlamada, son hücumlar zamanı Kursk vilayətinin Plexovo, Vorojba və Martınovka kəndləri yaxınlığında Şimali Koreya əsgərlərinin itkilər verdiyi bildirilib.

Qeyd edək ki, Ukrayna kəşfiyyatı Şimali Koreya əsgərlərinin Kursk bölgəsinə yerləşdirildiyini açıqlamışdı. Şimali Koreyanın Rusiyaya 20 min hərbçi göndərdiyi iddia edilib. Bu rəqəmin 100 minə çata biləcəyi irəli sürülüb. Rusiya tərəfi isə iddiaları rədd edib. Prezident Vladimir Putin Şimali Koreya əsgərləri ilə bağlı suala “Əgər görüntü varsa, bu, nəyisə əks etdirir” deyə cavab vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR