​Türkiyə İŞİD və PKK-nı məğlub edən yeganə ölkədir - Ərdoğan

Türkiyə İŞİD və PKK-nı məğlub edən yeganə ölkə və NATO müttəfiqidir.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə mətbuat konfransında belə deyib. O bildirib ki, Türkiyə bu təşkilatların dirçəlməsinə qətiyyən imkan verməyəcək. Suriyadakı hadisələrdən danışan Ərdoğan bildirib ki, Suriya xalqı bu yükü təkbaşına daşıya bilməz və buna görə də, Dəməşq qonşularının, dost və qardaş ölkələrin, Avropa İttifaqının və beynəlxalq təşkilatların güclü dəstəyi ilə dirçəlməlidir.

Ərdoğan Türkiyənin Suriyaya dəstəyini davam etdirəcəyini ifadə edib. Türkiyə ilə Avropa Birliyi arasında hər zamankindən daha güclü və təşkilatlanmış əlaqəyə ehtiyac olduğunu ifadə edən Prezident bildirib ki, Ankara bu iradəyə sahibdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı