Rusiyada "Şaxta baba" iş adamını qətlə yetirdi

Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta Baba qiyafəsində olan şəxs yerli iş adamını güllələyib.

Metbuat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə yanvarın 2-də baş verib. Qoşalülə tüfəngdən atəş açaraq qətli törədən şəxs keçmiş məhbusdur. Qətlə yetirilən şəxs isə əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış biznesmendir.

İlkin araşdırmaya əsasən, cinayətin motivi intiqam olub. Keçmiş məhbusun sözlərinə görə, öldürdüyü şəxs onu vaxtilə həbsə göndərib. Şaxta Baba qiyafəsindən istifadə isə qatilin tanınmamaq məqsədinə xidmət edib.

Hadisədən sonra cinayətkar qaçmağa cəhd etsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı