Çadda Prezident Sarayına təşkil edilən hücum dəf edilib

Çadın paytaxtı Ncamenada Prezident Sarayına təşkil edilən hücumla bağlı açıqlama verilib.

Metbuat.az xəbər verir ki, saraydakı mənbələr silahlı şəxslərin avtomobillə kampusa girməyə cəhd etdiyini və prezidentin mühafizəçilərinin cəhdin qarşısını aldığını bildirib. Xarici işlər naziri və hökumət sözçüsü Abderaman Kulamallah bildirib ki, bölgə təhlükəsizlik qüvvələrinin nəzarətindədir. O, hadisənin irimiqyaslı hadisə olmadığını ifadə edib.

Qeyd edək ki, Çad hökuməti Fransa ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etdiyini açıqlayıb. Məlumata görə, Çaddakı Fransız əsgərləri artıq ölkədən çəkilməyə başlayıb. Bəzi dairələr hücumun Fransa tərəfindən təşkil edilə biləcəyini irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı